Azərbaycan Supermarket MMC (Bravo) - Baş Auditor
aafcbfe72f
Baku, Baku, Azerbaijan
Posted Sep 9, 2026
- Full-time
- Group Audit
Job description
# Azərbaycan Supermarket MMC (Bravo) - Baş Auditor > PASHA Holding · Baku, Azerbaijan · Full-time · Posted 2026-09-09 **Workplace:** on_site **Department:** Group Audit ## Description · Təsdiq olunmuş İllik Audit Planına və Audit Komitəsinin tapşırığına əsasən audit, sonrakı audit və xüsusi audit layihələrini həyata keçirir. · Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, nəzarət və korporativ idarəetmə proseslərinin effektivliyini qiymətləndirir. · Audit layihəsi çərçivəsində rəhbərlik etdiyi əməkdaşların işinə nəzarət edir. · Audit layihəsinin nəticələri barədə hesabatın hazırlanmasında iştirak edir. · Audit layihəsi üçün İş Proqramının hazırlanmasında iştirak etmək; · Audit layihəsi zamanı çatışmazlıqların aşkar edilməsi üçün audit prosedurlarının həyata keçirilməsini təmin etmək; · Audit layihələri üzrə hesabatlarının düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlamaq; · Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkət rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planının icrasının monitorinqini həyata keçirmək; · Daxili Audit Departamenti direktorunun tapşırığı ilə Daxili Audit Departamentinin fəaliyyəti ilə bağlı icmal hesabatlarının hazırlanmasında iştirak etmək; · Audit üzrə iş və vaxt bölgüsü hesabatının (Retain management) hazırlanmasında iştirak etmək; · İştirak etdiyi audit layihəsi çərçivəsində rəhbərlik etdiyi əməkdaşların işinin qiymətləndirilməsində iştirak etmək; · Layihə rəhbəri və ya Daxili Audit Departamentinin direktoru tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək. ## Requirements · Ali iqtisadi və ya hüquqi təhsil (ali təhsil digər ixtisaslar üzrə olduqda əlaqədar sahələrdə minimum dörd illik təcrübə); · Müvafiq iş təcrübəsi: 4 ildən artıq ümumi, 3 ildən artıq audit funksiyasında; · Audit prosedurlarını həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması; · Daxili prosedurlar, Şirkət tərəfindən təklif edilən məhsullar və həmin prosedurlara/məhsullara edilmiş dəyişikliklər haqda məlumatlı olmaq; Şirkətin fəaliyyət sahəsini tənzimləyən dövlət icra orqanının tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə biliklərin olması; · Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları; · Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları xüsusi audit proqram təminatı üzrə) ilə işləmək bacarığı. · Ezamiyyələrdə iştirak etmək imkanı. . CIA/FRM/CFA/ACCA/CPA üzrə peşəkar sertifikatlara malik olması və ya mərhələ keçməsi arzuolunandır; · Azərbaycan və ingilis dillərini işgüzar səviyyədə mükəmməl bilməli. ## Apply [Apply at PASHA Holding](https://apply.workable.com/pasha-holding/j/AAFCBFE72F/apply) --- Powered by [Workable](https://www.workable.com)